Bağlanan magistral yol AÇILDI

# 14:43
6 iyul 2022

İsmayıllı rayonunda iri gövdəli ağacın aşması nəticəsində bağlanan Muğanlı-İsmayıllı yolunda yaranan problem aradan qaldırılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ağac yoldan götürülüb və hərəkət bərpa olunub.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb. Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yüzlərlə avtomobil bir saata yaxın yolda qalıb.

 

Sürücülər alternativ olaraq kənardakı əkin sahələrindən keçməyə cəhd etsələr də orada narahat yol olduğu üçün keçə bilməyiblər.

 

 

Şahnəzər Bəşirov APA TV İsmayıllı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR