Bakı Dərin Özüllər Zavodunda qəza - ANBAAN
Dünən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.
APA TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “BOSH Shelf” məlumat yayıb.
Bildirilib ki, əməliyyat dərhal dayandırılaraq, dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib:
“Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur. Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq bu gün ərzində adi qaydada icra olunur”, - deyə məlumatda qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?