Bakı metrosunda sərnişin eskalatoru niyə saxlayıb? - APA TV
Bakı Metropoliteninin "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb, nəticədə, eskalator dayanıb. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Bildirdi ki, məlum hadisədən sonra sərnişinlərdən xəsarət alan və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb.
Qurumun mətbuat katibi həmçinin bildirdi ki, sərnişinlər ekskalatorlardan istifadə edərkən diqqətli olmalıdırlar. Çünki ekskalatorlardan istifadə qaydalarına riayət etməklə həm ekskalatorların təhlükəsiz fəaliyyətini, həm də öz təhlükəsizliklərini təmin etmiş olacaq.
AYTƏN SAKİTQIZI
APA TV
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı