Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılır - SƏBƏB
Bakı-Qazax yolunun Kürdəmir rayonu istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən məlumata görə, məhdudlaşdırma Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89.7-ci km-də yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlqədardır. Bu səbəblər mayın 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
Hərəktin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək.
Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
Sürücülərdən təmir işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu