Mövlud Çavuşoğlu sərhəddəki erməni təxribatından danışdı

# 16:33
13 sentyabr 2022

“Biz hər zaman Can Azərbaycanın yanındayıq”.

 

APA TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kastamonu İş Adamları və Qeyri-Hökumət Təşkilatları Nümayəndələri ilə görüşdəki çıxışında deyib.

 

O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmaqda xüsusi səy göstərir. “Amma Azərbaycan olmadan Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət gedə bilməz. Bütün dünya da bilsin ki, Türkiyə Azərbaycanın yanındadır və heç kim Azərbaycanın tək olduğunu düşünməsin”, - deyə Çavuşoğlu bildirib.

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR