Bakı-Qazax yolunda iki yük maşını toqquşub
Tovuzda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedec" markalı yük maşını digər "Mercedec" markalı yük maşınına çırpılıb. Qəza zamanı xəsarət alan sürücülərdən biri FHN - nin xilasediciləri tərəfindən yük maşınından çıxarılıb. Sumqayıt şəhər sakini olan sürücü 1986-cı il təvəllüdlü Vidadi Şabanov xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya havanın dumanlı olması səbəb olub. Toqquşan maşınların "Bazarstore"yə məxsus olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Tovuz
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib