Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları işləmir
Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları fəaliyyət göstərmir.
APA TV-nin məlumatına görə, bağçalara bildirilib ki, müəllim və texniki heyət vaksinasiya olunana qədər bağçalar fəaliyyət göstərməyəcək.
Valideynlər də APA-ya deyiblər ki, onlara müəllimlərin və texniki heyətin vaksinasiyası ilə əlaqədar bu gündən bağçaların fəaliyyətini dayandırdığı bildirilib.
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdi.
Təhsil naziri Emin Əmrullayev isə ötən həftə sonu "Facebook" səhifəsində canlı yayımda bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək. O deyib ki, bağçalarda distant təhsil mümkün deyil.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik