Bakıda 16 yaşlı, Gəncədə 17 yaşlı qız yoxa çıxdı
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu İ. Zülfiqarov küçəsi ev 2942 ünvanında yaşayan 16 yaşlı Abdullayeva Gunel Rizvan qızı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə məlumat daxil olub.
Həmçinin Gəncə şəhər sakini 17 yaşlı Bayramova Ceyran Sahəddin qızı yaşadığı evdən işə getmək məqsədilə çıxaraq, itkin düşüb. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsinə məlumat daxil olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub