Bakıda 17 evdən oğurluq edən 5 nəfərdən ibarət dəstənin üzvləri saxlanıldı
Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı silsilə mənzil oğurluğu etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, əməliyyat nəticəsində paytaxt sakinləri Zamin, Firuz və Orxan Əliyev qardaşları, Nazim Ələsgərov, eləcə də, Əkbər Əsədov tutulublar. İlkin araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri Sabunçu rayonu Zabrat və Balaxanı qəsəbələrində 4, digər rayonların ərazilərində isə 13 fərdi yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayıblar. İstintaq zamanı onların təkcə Sabunçu rayonunda törətdikləri oğurluqlarda zərərçəkən şəxslərin ümumilikdə 45 min manatdan artıq qızıl-zinət əşyalarını oğurladıqları məlum olub.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik