Bank Of Baku

Bakıda 19 yaşlı əsgər həbsxanada özünü güllələdi

# 15:07
8 may 2020

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü güllələyib.

 

APA TV xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində baş verib.

 

Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Polad Nağı oğlu Salmanov özünü güllələyib. O, alnından güllə yarası alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

 

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev isə deyib ki, Penitensiar Xidmətin əsgərinin özünü güllələyərək intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR