Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

# 05:09
3 oktyabr 2022

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Zabrat yolunda qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobili idarə edən sürücü üzü şəhər istiqamətində hərəkətdə olan zaman qəfil sükana nəzarəti itirib. Bu zaman avtomobil qarşıda gedən “şevrolit” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində şevralitdə olan 2 nəfər xəsarət alıb. Əraziyə Sabunçu Rayon Polis İdarəsinin və yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Yaralılara əraziyə gələn təcili yardım briqadası tərəfindən tibbi yardaım göstərilib. Avtomobillər hadisə yerindən evakuasiya edilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR