Bakıda ana tualetdə uşaq doğub zibilliyə atdı - ŞOK HADİSƏ - VİDEO
Bakıda ana yeni doğduğu körpəsini zibil qutusuna atıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Məlumata əsasən, 38 həftəlik hamilə olan qadın binalardan birinin ayaqyolunda normal doğuşla qız övladı dünyaya gətirib. Lakin o, həmin uşağı ayaqyolunun zibil qutusuna atıb.
Hadisə ilə əlaqədar həmin qadın saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.
Qadının törətdiyi cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq prosesi iyunun 8-də baş tutacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu