Bakıda avtomobil 4 piyadanı vurub, ölən və yaralananlar var
Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
APA TV xəbər verir ki, Gülarə Qədirbəyova küçəsində “BMW” markalı avtomobil 3-ü qadın olmaqla, dörd nəfəri vurub.
Məlumata görə, onlar işlədikləri mağazadan çıxaraq piyadalar üçün müəyyən edilməmiş hissədən keçirmiş. Yol qəzası nəticəsində 3 qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 28 yaşlı Rauf Məmmədov isə hadisə yerində ölüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu