Bakıda baltalanma hadisəsi əslində harada olub? - DİN MƏLUMAT YAYDI
Dekabrın 17-də Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində qəsəbə sakini 1998-ci il təvəllüdlü Nicat Ağayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü tanışı M.Əlövsətov müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iddia olunduğu kimi Bakı Hava Limanının ərazisində baş verməyib.
Onların qayınata-kürəkən olmaları haqqında yayılan xəbərlər də həqiqəti əks etdirmir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu