Bakıda binada yanğın olub
Bakının Səbail rayonunda yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binada qeydə alınıb.
Yanğın Kazımov Sabit Sabir oğluna məxsus evin mətbəxində meydana gəlib. Səbail RPİ-dən verilən məlumata görə, yanğına səbəb paltaryuyan maşın olub. Hadisə vaxtı isə mənzildə heç kim olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. FHN-in əməkdaşlarının bildirdiyinə görə, yanğının söndürülməsi istiqamətində işlər görülür və hazırda mənzildə soyutma işləri aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU