Bakıda cinsi azlıqlar polisə hücum etdi
Gecə saatlarında Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən restoranlardan birinin qarşısında insident olub. Cinsi azlıq nümayəndələri (transseksuallar) restorana buraxılmadıqlarına görə orada səs-küy salaraq ictimai asayişi pozublar. Onların ərazidə xidmət aparan polis əməkdaşına da zərbə endirdiyi bildirilir. Məlumata görə, xuliqanlıq əməli törətmiş cinsi azlıq nümayəndələri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu