“Berdzor” yazılan lövhəni sındıranlar niyə həbs edilib? - Polisdən AÇIQLAMA

# 17:54
2 sentyabr 2022

Laçında erməni dilində “Berdzor” yazılan lövhəni sındıran şəxslərin həbsinin səbəbi açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, Laçın rayonu ərazisində vətəndaşın lövhəni sındırmasına görə həbs edilməsi ilə bağlı iddialar yalandır: 

 

"Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var. 

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqala, cəzalandırmanın məqsədi profilaktik  əhəmiyyət daşıyır", - deyə Nazirlik rəsmisi bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR