Bakıda daha bir məktəbli ÖLDÜ

# 16:16
22 dekabr 2022

285 nömrəli məktəbin şagirdi ölüb. 

 

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. 

 

Belə ki, paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin  halı pisləşib. Məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq müdaxilə edilib, ilkin tibbi yardım göstərilib.

 

Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Ancaq bunlara baxmayaraq təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR