Bakıda DƏHŞƏT: 2 azyaşlı siçan dərmanını "Jelibon" bilərək yedilər -Hər ikisi öldü
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bədbəxt hadisə baş verib.
Qəsəbədə yaşayan iki azyaşlı qardaşın “siçan dərmanı” yeyərək öldükləri bildirilir.
Uşaqlardan birinin 5, digərinin isə 3 yaşı olub.
Manset.az-ın məlumatına görə, həmin uşaqlar siçan dərmanını “Jelibon” bilərək yeyiblər və yerə yıxılıblar. Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.
KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev APA TV-yə faktı təsdiqləyib.
Baş Prokurorluqdan isə bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu