Bakıda DƏHŞƏTLİ QƏTL: əmisini öldürüb küçəyə atdı
Bakıda qətl hadisəsi olub.
Xəzər rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, bu gün saat 3 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 33 yaşlı Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam edir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı