Bakıda dəm qazının miqdarı normanı keçib – APA TV
Bakı və Sumqayıt şəhərlərində dəm qazı və azot-4 oksidin miqdarı normanı ötüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilib.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib