Bakıda dərəyə aşan “Mercedes” hasara çırpıldı
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb, sonra isə daş hasara çırpılıb. Zərbənin gücündən daş hasar uçub.
Qəza zamanı sürücü ağır xəsarət alıb.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Avtomobil kran vasitəsilə dərədən çıxarılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi