Camaat su tapmır, bələdiyyə də "layihənin təsdiqini" gözləyin deyir

# 18:55
6 sentyabr 2022

Camaat su tapmır, bələdiyyə də layihənin təsdiqini gözləyin deyir - APA TV Şamaxının Kərkənc kəndində içməli suyun olmaması sakinləri çətin vəziyyətə salıb. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 400 nəfərdən çox əhalisi olan Kərkənc kəndində içməli su sakinlər üçün az qala əlçatmaza çevrilib. Sakinlər deyir ki, tələbatlarını ödəmək üçün texnika vasitəsilə su daşımaq məcburiyyətində qalırlar. Rayon mərkəzindən bir qədər aralı dağlıq ərazidə yerləşən bu kəndin sakinləri bir neçə aydır ki, susuzluqdan əziyyət çəkirlər. Kənd sakinləri deyir ki, avtomobili olanlar qonşu kəndlərdəki bulaqlardan daşıdıqları sudan istifadə edə bilirlər. Ən böyük əziyyəti də şəxsi avtomobili olmayanlar çəkir. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də problem həllini tapmayıb. Çəkiliş apardığımız zaman kəndin bələdiyyə sədri də əraziyə gəldi. Sakinləri sakitləşdirmək istəyən qurum rəhbəri problemin aradan qaldırılması üçün işlərin görüldüyünü desə də bu vəd vətəndaşları razı salmadı. Kənd bələdiyyəsinin sədri Asim Bayramov bildirib ki, kənddə içməli su ilə bağlı müəyyən problemlərin olduğundan xəbərdardırlar. Bununla bağlı yaxın vaxtda kəndi təmin edən 2500 metr uzunluğunda su xətti yenisi ilə əvəz olunub. Lakin, mənbədə olan su az olduğuna görə bu gün həmin suyun verilişində böyük problem yaranıb. Bununla bağlı rayon rəhbərliyinə və aidiyyəti qurumlara müraciət edilib yeni layihə hazırlanır. Asim Bayramovun sözlərinə görə, layihə təsdiq olunduqdan sonra problem aradan qaldırılacaq. Əziz Kərkənclilər, iş ki qalı layihəyə bir qədər gözləməli olacağınızdan əmin olun və çalışın ki, vaxta kimi susamayın, çimməyin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR