Bakıda əmisi oğlu jurnalisti ÖLDÜRDÜ

# 19:15
22 fevral 2022

Bu gün saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

 

APA TV xəbər verir ki, Baş prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. 

 

İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. 

 

Faktla bağlı cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib. 

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

 

Lent.az-ın məlumatına görə Əvəz Hafizli "Kanal 13"ün əməkdaşı olub. O, həmçinin LGBT fəalı imiş.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR