Bank Of Baku

Bakıda evakuator yandı – YOLDA TIXAC YARANDI

# 17:28
22 oktyabr 2020

Bakıda evakuator yanıb.

 

APA TV xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "Man" markalı evakuator qəfildən alışaraq yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

 

Baş vermiş hadisə ilə əlaqədar Bakı Dairəvi Yolunda tıxac yaranıb. Əraziyə yol polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR