Bakıda idman zalına polis basqını – CƏRİMƏLƏNƏNLƏR VAR
Bakının Nəsimi rayonunda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkar edilib, orada olan 56 nəfər cərimə olunub.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir. Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.
Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində protokollar tərtib edilib və cərimələniblər.
Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi