Bakıda iki avtomobil toqquşub - Xəsarət Alan Var
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, hadisə 4-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.
Məhərrəm Sarıyevin idarə etdiyi "BMW" markalı avtomobil dairədə hərəkətdə olan "Nissan" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Nissan"da olan sərnişin xəsarət alıb.
Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı