Kənd sakini tövlənin çardağından yıxıldı
Zaqatalada 59 yaşlı kişi tövlənin çardağından yıxılıb.
Hadisə rayonun Qımır kəndində baş verib.Kənd sakini, 1964-cü il təvəllüdlü Həsrət Süleyman oğlu Atayev yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarət alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Həsrət Atayevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq dalağı çıxarılıb.
Həsrət Atayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib