Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

# 07:08
13 iyul 2022

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, Elman Ağayev idarəetməsində olan “Toyota Prius” markalı avtomobillə işıqforla tənzimlənən yol ayrıcından keçərkən eyni markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib. Avtomobillərin birində olan sərnişin isə yüngül xəsarət alıb. Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR