Bakıda keçmiş məhkumdan 5 kq-dan artıq narkotik götürülüb
Xətai rayon Polis İdarəsi cinayət axtarış şöbəsinin əməkdaşları əməliyyat keçirib. DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Adıgözəlov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 qram narkotik vasitə olan metamfetamin aşkarlanıb. Eyni zamanda ona məxsus "VAZ 2108" markalı avtomobildən isə 3 kq marixuana, 2 kiloqramdan artıq heroin götürülüb. Saxlanılan Anar Adıgözəlov narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Fərid adlı şəxsdən sosial şəbəkədə danışma yolu ilə aldığını bildirib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU