Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.
Paytaxt Sakini Allahqulu Əzimov qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, yaralı naməlum şəraitdə bıçaqlanıb.
Əməliyyat olunan Allahqulu Əzimovun həyati təhlükəsi aradan qaldırılıb.
Hadisə ilə bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi