Bakıda loqopedik mərkəzdə DƏHŞƏT: Azyaşlıları saçından tutub...
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzininin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə azyaşlı uşaqlara zor tətbiq edilməsi əks olunan dəhşətli kadlar paylaşıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, videogörüntüdə Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia edilib.
Sözügedən videonu sosial şəbəkələrdə adının çəkilməsini istəməyən şəxs paylaşıb. Videoçarxda açıq görünür ki, tərbiyəçilər uşaqları saçlarından tutaraq dartır, döyür, təhqir edir, incidirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı