Bataqlıqda olan şəxs belə XİLAS EDİLDİ

# 15:32
11 iyul 2022

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. APA TV FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb. Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR