Bakıda oğrular bunu da etdi, polis hərəkətə keçdi
Bakıda zibil qutusunun qapaqlarını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Xətai rayonunun Y.Səfərov küçəsində baş verib.
Burada yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai rayon 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Müşfiq İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub