Bakıda "parkovşik" sürücüyə HÜCUM ETDİ
Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahisə yaşanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. "Opel" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yerdə iddialara görə, ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib.
Belə ki, "nəzarətçi" hətta zərbə endirmək məqsədilə stulu götürüb avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini tutub dartaraq, zədələyib.
Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində onlara ödəniş edilməməli olduğunu bildiriblər.
Qeyd edək ki, Bakı şəhərində hələlik rəsmi olaraq, parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu