Bakıda piyadanın üzərindən avtomobillər keçdi
Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ölüb.
APA TV xəbər verir ki, Ramiz Quliyev küçəsi 10 ünvanında 35-40 yaşlı naməlum kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Kia” markalı nəqliyyat vasitəsi vurub. Zərbənin gücündən piyada yolun digər tərəfinə düşüb. Bu zaman isə onun üzərindən “Mercedes” markalı avtomobil keçib. Baş verən qəza nəticəsində piyada hadisə yerində ölüb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə şahidləri dindirilib. Hər iki sürücü isə polis idarəsinə aparılıb.
Hazırda qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu