Bakıda qayınanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub
Bakıda qayınanasına və 2 yaşlı oğluna xəsarət yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül, 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib.
22 yaşlı şəxs daha sonra öz boğazını kəsib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Saqi Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu