Bakıda qəzaya uğrayan avtomobil yandı - SÜRÜCÜ DÖYÜLÜB
Bakıda qəzaya uğrayan avtomobil yanıb.
APA TV xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan “Hyundai” və “Toyota” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəzadan sonra Vaz 2106 markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik