İş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildi
Tərtər rayon sakini 1970-ci il təvəllüdlü Müşviq Orucovun 30 sentyabr 2022-ci il tarixdə öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Tərtər Rayon Prokurorluğundan apa-ya verilən xəbərə görə, ibtidai istintaqla 1970-ci il təvəllüdlü Ərəstun Orucovun aralarında yaranmış mübahisə zamanı ailə üzvlərini təhqir etdiyi üçün qohumu Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi