Bakıda sərnişin avtobusu niyə yanıb?

# 10:12
22 iyul 2023

 

Ərazidə söhbətləşdiyimiz sakinlər hadisəni belə şərh edir Köhnə və nasaz avtobuslarda heç kim yanğından sığortalanmayıb. Sadəcə hamıya maraqlıdır ki, belə avtobusları xətlərə kim buraxır. AZ YERUSTU NEQ A-dan aldığımız məlumata görə, Xətai rayonu İnqilab İsmayılov küçəsində, “Vətən.AZ-Trans” MMC-nin istismarında olan 46 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda yanğın nəticəsində insan təlafatı olmasa da nəqliyyat vasitəsi tam yararsız hala düşüb. İlkin məlumata əsasən, yanğın avtobusun mühərrik hissəsində qısa qapanma nəticəsində meydana gəlib. Hazırda müvafiq qurumlar tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. “Vətən.AZ-Trans” MMC-nin rəhbəri Babək Aslanov avtobusların hər gün texniki baxışdan keçirildiyini bildirib. Avtomobil ustası Sahil Ağabəyli deyir ki, avtobuslar istifadəyə verildikdən sonra onlara heç bir müdaxilə olunmamalıdır. Sahil Ağabəyli onu da qeyd edib ki, bu cür hadisələrin yaşanması avtobuslara vaxtı vaxtında nəzarət olunmadıqda da baş verə bilər Qeyd edək ki, 46 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları 2019-cu ildən istismara verilən “İsuzu Citibus” markalı avtobuslarla yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR