Bakıda silah-sursat tapılıb
Bakıda silah-sursat tapılıb.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd partladıcısı üzərində olan UZRQM-2, 95 ədəd müxtəlif çaplı patron, 1 ədəd avtomat darağı və 1 ədəd döyüş bıçağı olduğu müəyyən edilib.
Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib