FHN: Sutka ərzində 5 nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış 1 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyi ötən sutka ərzində baş verən hadisələrlə bağlı məlumat yayıb.
APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış 1 nəfər və “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yük maşınında sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi