Bakıda şirkətin ofisində yanğın baş verib
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda yanğın lokallaşdırılıb.
FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu