Camaat evini satıb, qaçırdı, şükür bu günə - Ucarlılar sevinir

# 18:19
6 yanvar 2023

Ötən il bərbad vəziyyətdə olan yollarla bağlı çəkiliş apardığımız Ucar rayonunun bir neçə küçə və məhəllədaxili yollarına asfalt örtüyü döşənir.

Sakinlərin sözlərinə görə, ötən illərdə yayda tozdan, qışda isə palçıqdan küçəyə çıxa bilməyiblər. Uşaqların yolların vəziyyətinə görə təhsildə davamiyyəti azalıb. Hətta bəzi sakinlər bu durumdan boğaza yığılıb evlərini satıb başqa ərazilərə köçüblər.

Artıq rayonun Vəsilə Zahidova küçəsində işlər yekunlaşıb, "Azərbaycan" küçəsində isə yekunlaşmaq üzrədir. 

Podratçı şirkətin nümayəndəsi bildirdi ki, Ucar rayonunun 9 küçəsində- Azərbaycan, Tofiq Nağıyev, Oğuz, Babək, Allahverdi Ələkbərov, Ağamusa Abdullayev, Əlsaab Babayev, Məmmədəmin Rasulzadə və Vəsilə Zahidova küçələrində ümumilikdə 22000 kvadratmetr yola dövlət proqramı çərçivəsində asfalt örtüyü  döşənəcək. İşlərin bu ayın sonuna kimi yekunlaşacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR