Bakıda sürücü sükan arxasında infarkt keçirərək ölüb
Bakının Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.
APA Tv-nin xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb.
1973-cü il təvəllüdlü Tariyel Əliyev "Mercedes" markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Həkimlərin ilkin müayinəsi zamanı Tariyel Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi