Bakıda sürücülərlə sərnişinlər niyə həmişə dava edirlər?

# 10:02
20 iyun 2023

Bakının illərdir həll olunmayan nəqliyyat problemi yanında bir də hər gün mübahisəyə, dava-dalaşa şahidlik etmək var. Davamlı olaraq, avtobus sürücüləri sərnişinlərdən, sərnişinlər isə sürücülərdən gileylənirlər. Maraqlıdır, bu bitmək bilməyən mübahisələrin səbəbləri nələrdir? 40 ildən çoxdur sərnişindaşıma sahəsində fəaliyyət göstərən Fazil Həşimov deyir ki, sərnişinlərin olduğu qədər, onların da problemləri var. Amma hər vəziyyətdə sərnişinlərlə nəzakətli davranmağa çalışırlar. 131 nömrəli marşrut xəttinin baş dispetçeri Abdul Abdullayev deyir ki, gün ərzində haqlı və haqlı olmayan çoxsaylı şikayətlər alırlar. Sözügedən şikayətlər araşdırılır və lazımi tədbirlər görülür. Eyni zamanda sürücülərə mütamadi olaraq sərnişinlərlə davranış qaydaları ilə bağlı tapşırıqlar verilir. Psixoloq Gülər Məmmədova bildirir ki, münaqişələrin bu qədər çox olmasının səbəbi insanların gərgin, əsəbi olmaları, xoşbəxt ola bilməmələridir. Psixoloq düşünür ki, istənilən halda hər iki tərəf bir-birinə anlayış göstərməyə çalışmalıdır. Özlərini buna etməyə məcbur hiss etməsələr belə hər iki tərəf yazılan və yazılmayan qayda-qanunlara uyğun davransa, bu qədər mübahisələr də yaşanmaz. Nəqliyyat sahəsi üzrə mütəxəssislər isə düşünürlər ki, hər iki tərəf başının dinc olmasını istəyirsə, problemləri bir-birinə yox, müvafiq qurumlara bildirməklə həll etməyə çalışmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR