Bakıda sürücünü boğdular, avtomobili qaçırdılar
Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib