Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət olunub
Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət olunub. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin nümayəndələri və başqa rəsmi şəxslər iştirak edib. Əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Cahit Bağçı bildirib ki, Zərfər Bayramı ölkəsinin tarixində olduqca əlamətdar hadisədir. Daha sonra türkiyəli şəhidlərin rəmzi məzarlarına gül dəstələri qoyulub və Şəhidlər Xiyabanı ziyarət olunub. Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur. ORXAN ASLAN FARİZ QULUYEV APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu