Bakıda üç avtomobil toqquşub
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV xəbər verir ki, hadisə Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında baş verib.
“Ford” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olan zaman qarşısındakı “Hyundai”ya çırpılıb.
“Hyundai” zərbənin gücündən qarşıda hərəkətdə olan “Toyoto” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Ford” markalı yük avtomobilinin sürücüsü xəsarət alıb.
Yolda sıxlıq yaranıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib.
Hazırda prospektdə hərəkətdə sıxlıq yoxdur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU