Bakıda XÜSUSİ ƏMƏLİYYAT: Silahlı qadın tutuldu
Bakıda quldurluq hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini olan bir qadın polis bölməsinə müraciət edərək oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb apardığını bildirib.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu